Qubada oğulun atasını balta ilə qətlə yetirməsinin TƏFƏRRÜATI

Quba rayonunda oğulun atasını balta ilə qətlə yetirməsinin təfərrüatı məlum olub.

"Report un məlumatına görə, hadisə iyunun 9-da rayonun Sofikənd kəndində qeydə alınıb.

Qətl hadisəsindən əvvəl kənd sakini, 1996-cı il təvəllüdlü Rəvan Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovla həyətdə atı nallayırmış. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb. Daha sonra oğul atasını anidən balta ilə vuraraq öldürüb.

Atasının öldüyünü görən R.Ramazanov Quba Rayon Polis Şöbəsinə gedərək təslim olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Tarix
10 İyun 2021 [13:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-10 13:47:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin