Rusiya və Türkiyə XİN-ləri Qarabağı müzakirə ediblər

20:35 - 9 İyun 2021 - SİYASƏT

Rusiya və Türkiyə Xarici İşlər Nazirliklərinin (XİN) məsləhətləşmələrində Qarabağdakı vəziyyət müzakirə olunub Trend bu barədə Rusiya XİN-ə istinadən xəbər verir. Məlumata görə, müzakirələr zamanı atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə yüksək qiymət verilib. Rusiya XİN-in açıqlamasında deyilir ki, Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzərində işlərin davam etdirilməsi barədə razılığa gəlinib.

Xəbər xətti