Bu ölkədə “Twitter” qadağan edildi

Nigeriyalıların hökuməti ölkədə “Twitter”ə daxil olmağı qadağan edib.

APA yerli "Vanguard" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı Nigeriyanın Baş prokurooru və ədliyyə naziri Abubakar Malami əhaliyə müraciət edib.
Müraciətdə bildirilib ki, “Twitter” sosial şəbəkəsi ilə bağlı qadağanı pozanlar mühakimə olunacaq.

Baş prokuror, qayda pozanların dərhal şakarlanması və mühakimə olunması ilə bağlı müvafiq dövlət orqanlarına təlimat verdiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Nigeriyanın İnformasiya və mədəniyyət naziri Lai Mohammed “Twitter”in ölkədə iyunun 5-dən işinin dayandırıldığını elan etmişdi. Nazir sözügedən sosial şəbəkənin Nigeriyanın birliyini və təhlükəsizliyini pozmağa çalışanlar tərəfindən daim istifadə olunduğunu demişdi.

Tarix
5 İyun 2021 [23:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-05 23:20:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin