Tehranda neft emalı zavodunda güclü yanğın – VİDEO

21:08 - 2 İyun 2021 - DÜNYA

Tehranda yerləşən neft emalı zavodunda güclü yanğın baş verib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata əsasən, hadisə müəssisənin qəza vəziyyətində olan boru xətlərindən birində qeydə alınıb.

Yanğının baş verdiyi əraziyə çoxlu sayda yanğınsöndürmə və təcili yardım dəstələri cəlb olunub.

İnsident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Xəbər xətti