Yerin yaxınlığından asteroid keçəcək: Güllədən 20 qat sürətlidir

23:16 - 31 May 2021 - DİGƏR

Amerika Milli Havaçılıq və Kosmos Dairəsi (NASA) güllədən 20 qat sürətli hərəkət edən asteroidin Fransanın paytaxtı Parisin simvolu Eyfel qülləsindən böyük olduğunu bildirib.

Avtosfer.az xarici KİV-ə istinadla xəbər verir ki, NASA tərəfindən "potensial təhlükəli" adlandırılan və "2021 KT1" adı verilən asteroidin 149-205 metr arasında diametri olduğu təxmin edilir.

"2021 KT1" 1 iyunda Yer kürəsinin yanından saatda təxminən 64 min kilometr sürətlə keçəcək. ///publika.az

Xəbər xətti