"Ermənistanda artıq başa düşməlidirlər ki, ..." - Millət vəkili

13:00 - 28 May 2021 - SİYASƏT

“Vətən Müharibəsində hərbi potensialının 80 faizi məhv edilmiş fərari və məğlublardan ibarət toplumun yenidən əlinə silah götürüb Azərbaycana atəş açması sadəcə gülüncdür, amma son iki gündə baş verənlər eyni zamanda təhlükəli tendensiyadır”.

Ucnoqta.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, bu günə qədər Azərbaycan hərbçiləri hələlik böyük təmkin nümayiş etdirir, təxribatlara uymur, beynəlxalq hüququn tələblərini rəhbər tutur:

“Biz ona görə səbr edirik ki, sülh tərəfdarıyıq. Ölkə Prezidenti dəfələrlə qeyd edir ki, biz bölgədə əməkdaşlıq arzu edirik. Yetər ki, Ermənistan özü buna hazır olsun. Haylar artıq dərk etməlidir ki, bizim səbrimiz Ermənistanın mövcudiyyətini qoruması, dalandan çıxması üçün taleyüklü şansdır.

Ermənistanda artıq başa düşməlidirlər ki, Azərbaycan dövlətinin səbri hüdudsuz deyil. Hərbi-texniki imkanlarımız da bizə şərait yaradır ki, sərhədlərimizi, hərbçilərimizi təhid edən istənilən təhlükə mənbəyini məhv edək. Bizim heç kimin ərazisində gözümüz yoxdur, heç bir xalqa düşmənçilik niyyəti güdmürük, amma Ermənistan da, onun mürtəce müdafiəçiləri də bilməlidir ki, bu templə davam etməyə cəhd göstərsə Ermənistanın dövlətçiliyi sual altına düşəcək. Özümüzü müdafiə etmək, bizi təhdid edən istənilən təhlükəni aradan qaldırmaq beynəlxalq səviyyədə tanınan hüququmuzdur”.

“Mən hesab edirəm ki, Ermənistanın bu təxribatları beynəlxalq ictimaiyyətin, xüsusən, Azərbaycan əleyhinə qərəzli qətnamələr və bəyanatlar yağdıran təxribatçı dövlət və təşkilatların üzünə çırpılmalıdır. Onlara da, Ermənistana da başa salınmalıdır ki, artıq müharibə bitib, bu gün miskin Ermənistandan fərqli olaraq Azərbaycanda güclü mərkəzi hakimiyyət, ən müasir ordu var, xalq-dövlət birliyi var. Bizim niyyətimiz Cənubi Qafqazı Prezident İlham Əliyevin təşəbbüsləri və öndərliyi ilə əməkdaşlıq məkanına çevirməkdir. Hər kəs də əmin ola bilər ki, biz bu prosesi reallaşdıracağıq”, deyə Bəhruz Məhərrəmov əlavə edib.

Xəbər xətti