ATƏT Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdır

10:38 - 28 May 2021 - SİYASƏT

ATƏT Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə gələn təkrar məlumatlardan narahatdır.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, İsveç Xarici işlər naziri Ann Linde "Twitter" səhifəsində yazıb.

O bildirib: “Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə təkrar gələn məlumatlar bizi narahat edir. Bütün həll olunmamış məsələlər sülh yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. ATƏT əlverişli dialoq mühiti yaratmaq üçün kömək göstərməyə və etimadın möhkəmləndirilməsi tədbirləri görməyə hazırdır”.

Xəbər xətti