Rusiya Azərbaycan-Ermənistan sərhədindəki münaqişənin sülh yolu ilə həllinə, eləcə də delimitasiya prosesinin başlamasına kömək etməyə hazırdır.
Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Mayın 12-də baş verən hadisənin əsas səbəbi Sovet dövründən miras qalan Azərbaycan-Ermənistan sərhədinin beynəlxalq hüquqi qeydiyyatının olmamasıdır. Bu cür hallar yalnız dinc danışıqlar yolu ilə həll olunmalıdır. Uzunmüddətli çözüm vasitəsi olaraq sərhədin delimitasiyası prosesinə başlamağı, daha sonra isə demarkasiyasını həyata keçirməyi görürük. Rusiya bu işə hərtərəfli kömək etməyə hazırdır”, - Zaxarova bildirib.