Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının iqtisadiyyat və maliyyə nazirlərinin 5-ci iclası keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında yazıb.
Nazir bildirib ki, iclasda regionda postCOVID bərpa mexanizmləri, üzv ölkələr arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.