İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.
Bu barədə “Report”a İranın Azərbaycandakı Səfirliyindən bildirilib.
Səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur. İranın xaricxi siyasət idarəsinin rəhbəri Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
Səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır. Səfər Azərbaycanla İran arasında arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur.