Ukrayna hökumətinin yanacaq növlərinə qiymət həddi təyin etməsi ilə bağlı qərarından sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi "SOCAR Energy Ukraine" 21-24 may müddətində A-92 və A-95 benzinin qiymətlərini azaldıb.
Ukraynada A-92 0,51 (20 sent) qriven, A-95 isə 0,38 qriven (2 sentə yaxın) ucuzlaşıb.
Dizel yanacağının qiyməti dəyişməz qalıb.
Qeyd edək ki, bir müddət gün əvvəl "SOCAR Energy Ukraine" "NANO 95", "Diesel Nano Extra" premium yanacaq növlərinin satışını dayandırdığını elan etmişdi. Şirkət bir neçə gün sonra satışları bərpa etmişdi.