KTMT-nin qapıları hər kəs, o cümlədən Azərbaycan üçün açıq olmalıdır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“Üzvlüyü məhdudlaşdıra bilən yeganə şey təşkilatın nizamnaməsi ilə bağlı müəyyən vəziyyət ola bilər. Buna müvafiq olaraq KTMT-də iştirak üçün onun üzvləri arasında diplomatik münasibətlər vacibdir. Belə münasibətlər hələlik Azərbaycanla Ermənistan arasında yoxdur. Onlar bərpa ediləndə - ümid edirik ki, bu, əvvəl-axır baş verəcək - o zaman bu məsələ də bu və ya başqa formada praktik nəzər-nöqtəsində dayana bilər”, – deyə o bildirib.