Hikmət Hacıyev NATO rəsmisilə görüşdü - Foto

18:20 - 17 May 2021 - SİYASƏT

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO baş katibinin müavini Mirça Geoana ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib. Tərəflər Azərbaycan – NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.


Xəbər xətti