Sükan arxasında “TikTok” çəkən sürücü işdən azad edilib - VİDEO

Ötən gün sükan arxasında video çəkən sürücü ilə bağlı məlumat vermişdik. Sözügedən hadisənin 525 saylı sərnişin avtobusunda lentə alındığı və rəsmi olaraq sürücünün işdən azad edildiyi bildirilib.

Bu barədə Oxu.Az-a 525 saylı marşrut xətti üzrə daşıyıcı şirkətin rəhbəri Rövşən Salamov bildirib ki, həmin işçi şiddətli töhmət alıb və işdən azad edilib:

“Avtobusda qeydə alınan videogörüntülər mayın 15-nə aiddir. Bildiyiniz kimi ayın 16-sı ictimai nəqliyyat fəaliyyətə başlayacaqdı. Bu məqsədlə avtobuslar dezinfeksiya edilirdi. Həmin sürücü avtobusu qarajın yaxınlığında olan avtoyuma məntəqəsinə aparıb. Həmin gün avtobusda sərnişin olmayıb. Sürücü və iki nəfər texniki işçi olub. Videogörüntülərdə pulların düzülməsi məsələsi isə sabah üçün hazırlıq olub. Məsələ ilə bağlı dərhal tədbir görülüb və sürücü işdən azad edilib”.

Tarix
17 May 2021 [16:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-17 16:04:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin