Goranboyda 11 yaşlı qızı it dişləyib

11:02 - 17 May 2021 - HADİSƏ

Goranboyda 11 yaşlı qızı it dişləyib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Səfikürd kəndində baş verib. 2010-cu il təvəllüdlü kənd sakini Həsənova Suğra Asif qızı qəfildən sahibsiz itin hücumuna məruz qalıb. Sol bud nayihəsindən xəsarət alan azyaşlı xəstəxanaya çatdırılıb.

Ona quduzluq əleyhinə vaksin vurulub və zəruri tibbi yardım göstərilib.

Xəbər xətti