Hipertoniyadan əziyyət çəkənlərin yarısının öz xəstəliyindən xəbəri yoxdur - SN

Bu gün dünyada arterial hipertoniyadan 1,5 milyard insan əziyyət çəkir.

Bunu Səhiyyə Nazirliyi 17 may - Ümumdünya Hipertoniya ilə Mübarizə Günü ilə bağlı yaydığı açıqlamada qeyd edib. Məlumatda deyilir ki, həmin şəxslərin demək olar ki, yarısının öz xəstəliyindən xəbəri yoxdur: "Ümumdünya Hipertoniya ilə Mübarizə Günü 17 may 2006-cı il tarixdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilib və bütün dünyada qeyd olunur.

Bunu nəzərə alaraq, bu gün əhali xəstəliklə mübarizədə mühüm rol oynayan profilaktik tədbirlər, eyni zamanda xəstəliyin diaqnostika və müalicəsinə dair məlumatlandırılır.

Qeyd edək ki, arterial təzyiqin (AT) normal göstəriciləri: 100-140/60-90 mm. civə sütunudur. Arterial hipertoniya və ya hipertenziya xəstəliyi diaqnozunun qoyulması üçün arterial təzyiqin davamlı olaraq yüksək olması tələb olunur. Qan təzyiqinin yüksəlməsi böyük risk amilidir. Müalicənin əsasını həyat tərzinin dəyişdirilməsi təşkil edir".///trend

 

Tarix
17 May 2021 [10:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-17 10:33:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin