Bu gün 00:00-dan... - İrəvan bu öhdəliyi də yerinə yetirəcək

01:13 - 17 May 2021 - SİYASƏT

13 maydan davam edən sərhəd danışıqları ilə bağlı daha bir razılaşma əldə edilib. Axar.az xəbər verir ki, bu barədə Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESKO-nun dosenti Rizvan Hüseynov sosial şəbəkə üzərindən paylaşım edib. O bildirib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməyə razılaşıb. Razılaşma 17 may 00:00-dan qüvvəyə minib. Qeyd edək ki, Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatda üzərinə götürsə də, bu vaxta qədər adekvat davranmayıb.

Xəbər xətti