Bakıda 35 yaşlı kişi intihara cəhd edib

01:07 - 17 May 2021 - HADİSƏ

Bakıda intihara cəhd hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində 1986-cı il təvəllüdlü Məhərrəmov Tural Elşən oğlu özünü asıb. O, yaxınları tərəfindən xilas edilərək, özəl xəstəxanaların birində çatdırılıb. T.Məhərrəmov nəfəs darlığından koma vəziyyətinə düşüb. Onun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti