Putin Brilliant Dadaşovanın həyat yoldaşını təltif etdi - DOSYE

23:44 - 16 May 2021 - Xəbər

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.

Rusiya liderinin Fərmanına əsasən “Puşkin” medalı ilə təltif olunmuş Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın əridir.

Hacıyev Ədalət Qasım oğlu 1959-cu il iyun ayının 29-da Bakı şəhərində anadan olub.
O, 1981-ci ildə D.Büyatzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının iqtisadiyyatı” fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Komsomolu Mərkəzi Komitəsində başlayan Ə.Hacıyev, 1989-cu ildən bu günə kimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işləyir.

1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır.
O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Ə.Hacıyev çalışdığı kollektivin nüfuzunu qazanmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ə.Hacıyev 2013-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Xatırladaq ki, Putin həmçinin teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə mükafatlandırıb.///olke.az


Xəbər xətti