Qazaxda iki avtomobil toqquşub - 2 nəfər xəsarət alıb

23:29 - 14 May 2021 - HADİSƏ

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti