Cəlilabadda minik və yük avtomobilləri toqquşub

22:50 - 14 May 2021 - HADİSƏ

Cəlilabad rayonunda yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, "Qazel" markalı yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti