Bu yolda nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILDI

13:48 - 14 May 2021 - Xəbər

Sabunçu rayonu Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə yolda aparılan təmir işləri ilə əlaqədar yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb. Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən Zabrat şossesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur.

Xəbər xətti