Ucnoqta.az
www.ucnoqta.az

Bu yolda nəqliyyatın hərəkəti <font color=red><b>MƏHDUDLAŞDIRILDI</b></font>

13:48 - 14 May 2021 tarixində dərc olunub.
Sabunçu rayonu Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə yolda aparılan təmir işləri ilə əlaqədar yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb. Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən Zabrat şossesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur.
Müəllif: