Polis Hacıqabulda əməliyyat keçirib - saxlanılanlar var

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mübariz Abasov yaşadığı evin yaxınlığında saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 15 ədəd çətənə bitkisi aşkarlanıb.

Dindirilmə zamanı M.Abasov törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Hacıyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Şəxsi axtarış ondan heroin aşkar olunaraq götürülüb. Qeyd olunan faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.

Tarix
14 May 2021 [11:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-14 11:30:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin