Serxio Aquero “Barselona”ya keçmək istəyir

10:44 - 14 May 2021 - İDMAN

İngiltərənin “Mançester Siti” futbol klubunun hücumçusu Serxio Aquero üçün əsas prioritet İspaniya “Barselona”sına mümkün transferdir.

“Report” xəbər verir ki, bu barədə “Sky Sport Italia” telekanalının jurnalisti Fabrisio Romano öz tvitter səhifəsində məlumat verib.
O, qeyd edib ki, futbolçuya üç klub müraciət edib:

“Serxionun prioriteti “Barselona”ya keçməkdir. Danışıqlar davam edir. Tərəflər 2023-cü ilə qədər olacaq müqaviləni müzakirə edirlər. Aquero Kataloniya klubu üçün əmək haqqı tələblərini 10 milyon avrodan aşağı salmağa hazırdır”.

Qeyd edək ki, 2011-ci ildən “Mançester Siti”də çıxış edən Serxio Aqueronun müqaviləsi mövsümün sonunda başa çatır və 32 yaşlı futbolçu azad agent olacaq.

Xəbər xətti