Bayramovla Lavrov Azərbaycan-Ermənistan sərhədində gərginliyi müzakirə edib     
                    
                    
                    
                        
                                         
             
            20:27  -  13 May   2021 -  SİYASƏT
                    
                    
                                                                  
                                                  
                            
                            Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.
Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.