Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

17:26 - 12 May 2021 - Xəbər

Azərbaycanda bu gün 21 604 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16596 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1727510, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1014495, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 713015 təşkil edir.

Xəbər xətti