”Ermənistan bütün minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verəcək”

20:56 - 11 May 2021 - Xəbər

“Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Bakıda keçirdiyi görüşdən və izlədiyim mətbuat konfransından mənə aydın oldu ki, yaxın gələcəkdə türkü və türk vətəndaşları sevən Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verəcək”.

Bu sözləri Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan bildirib. O, daha sonra deyib:

“Erməni əsirləri Azərbaycan həbsxanalarında işgəncə ilə öldürülür. Ancaq Ermənistan hakimiyyəti sərbəst hərəkət edən azərbaycanlıların təhlükəsiz və etibarlı həyatını təmin etmək üçün səy göstərirlər”./// konkret.az

 

Xəbər xətti