Türkiyədə bu gün 278 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 278 nəfər həyatını itirib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 226 min 452 nəfər test edilib, onlardan 14 min 497-nin koronavirus testi pozitiv nəticə verib, 22 min 253 nəfər sağalıb, 2 min 975 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 min 589 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 59 min 433 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 766 min 124 nəfəri müalicə olunaraq evə buraxılıb.

Tarix
11 May 2021 [21:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-11 21:10:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin