Lütfi zadə adına məntiq olimpiadasının birinci turunun cavabları açıqlanıb - Siyahı

18:52 - 11 May 2021 - Cəmiyyət

8 may 2021-ci il tarixində ölkə üzrə 107 mərkəzdə 5-ci sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi təşkil edilib.

Şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri müəyyənləşdirmək məqsədiylə keçirilən bilik yarışına iştirakçıların 20%-i-nin növbəti mərhələyə keçməsi qərara alınıb. 

Bütün iştirakçıların nəticələrini müvafiq yerli təhsil idarəetmə orqanlarından əldə etmək mümkündür.  Təkilf və iradlarla bağlı rəsmi müraciətlər müvafiq yerli təhsil idarəetmə orqanları vasitəsilə 3 iş günü ərzində qəbul edilir. Növbəti mərhələdə iştirak etmək hüququ qazananların adlı siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

Lütfi zadə adına məntiq olimpiadasının final mərhələsinə vəsiqə qazananlar

Xəbər xətti