Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru ilə görüşüb

7 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Kendis Makdeyqan ilə görüşüb. XİN-dən Ucnoqta.az- a verilən məlumata görə, nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət, həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğuladı. Üçtərəfli bəyanatların icrası, o cümlədən kommunikasiya və nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağı qeyd olundu. Kendis Makdeyqan təqdim olunan məlumatların mövcud vəziyyətin ümumi kontekstinin başa düşülməsi üçün önəmli olduğunu bildirdi. O, Azərbaycan tərəfi ilə bu günədək bir çox sahələrdə, o cümlədən nəqliyyat, enerji, informasiya texnologiyaları, su və digər şəhər infrastrukturu xidmətləri və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd etdi və bağlılıq sahəsinin əsas istiqamət olaraq qaldığını vurğuladı. K.Makdeyqan Azərbaycanın cari il ərzində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq üzrə nazirlər konfransına ev sahibliyi edəcəyini məmnunluqla səsləndirdi. Nazir Asiya İnkişaf Bankının Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və rəqabətin artırılması sahələrinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini həmsöhbətin diqqətinə çatdırdı.
Tarix
7 May 2021 [22:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-07 22:11:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin