PSJ-nin sabiq qapıçısı evində ölü tapıldı

00:23 - 7 May 2021 - HADİSƏ

Fransanın PSJ klubunun sabiq qapıçısı Kristof Reva dünyasını dəyişib.

"Report"un məlumatına görə, 49 yaşlı veteran qolkiper evində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Kristof Reva daha çox ölkəsi Fransadakı çıxışları ilə məşhur olub. 1996 - 1998-ci illərdə PSJ-nin şərəfini qorumuş mərhum qapıçı "Havr", "Renn" və "Tuluza" komandalarında da çıxş edib. O, 3 dəfə çemionatın ən yaxşı qolkiperi seçilib.

Xəbər xətti