Ramazan ayının 24-cü gününün duası - imsak və iftar vaxtı

22:40 - 6 May 2021 - Xəbər

Sabah Ramazan ayının 24-cü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 7-də imsak vaxtı saat 03:50-də, iftar vaxtı isə 19:57-dədir.

24-cü günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin!”

Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”

Allah orucunuzu qəbul etsin!

Xəbər xətti