Gəncədə təcili yardım sürücüsünün meyiti asılmış vəziyyətdə tapılıb

15:16 - 6 May 2021 - HADİSƏ

Gəncədə təcili tibbi yardım avtomobilinin sürücüsünün meyiti asılmış vəziyyətdə tapılıb.

APA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Park Kompleksində qeydə alınıb. Gəncə şəhər təcili tibbi yardım stansiyasında sürücü işləyən Asəf Əliyevin meyiti parkda asılmış vəziyyətdə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Xəbər xətti