Latviya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb

Latviya parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı deklarasiya qəbul edib.

APA-nın LETA-ya istinadən verdiyi xəbərə görə, “erməni soyqırımı”nın Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyası tərəfindən törədildiyini iddia edən deklarasiya parlamentin Xarici işlər komitəsi tərəfindən hazırlanıb.

Deklarasiya ilə bağlı müzakirələrdə deputat Romans Naudins (Milli İttifaq) bildirib ki, bu cür sənədlər müəyyən nəticələrə səbəb olduğu üçün parlamentlər bunları qəbul etməzdən əvvəl diqqətlə qərar verməlidirlər.

O,bu sənədlərin heç birinin tarixçilərlə müzakirə olunmadığını vurğulayıb. R. Naudins əlavə edib ki, deputat həmkarları kifayət qədər yaxşı təhlil etmədikləri məsələlərlə məşğul olur.

Latviyalı parlamentari bu sənədin əleyhinə səs verməyə və payıza qədər yenisini hazırlamağa çağırış edib. R. Naudins bildirib ki, sənəddə bu faciəli hadisələr zamanı ölən digər etnik mənşəli insanlar da qeyd olunmalıdır.

Tarixi hadisələr barədə ətraflı danışan deputat Aleksandrs Kirsteins (Milli İttifaq) də deklarasiyanın qəbul edilməməsinə çağırış edib və belə bir sənədin məhz indi qəbul edilməsinin zəruriliyini anlamadığını bildirib.

Qeyd edək ki, oxşar sənəd bir neçə ay əvvəl də parlamentə təqdim olunsa da, parlamentarilər onu dəstəkləməmişdi.

 

Tarix
6 May 2021 [14:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-06 14:06:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin