Putin və Bayden Bakıda görüşə bilər -“Politico”

10:25 - 6 May 2021 - DÜNYA

ABŞ Prezidenti Cozef Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Bakıda keçirilə bilər.

Bunu ABŞ-ın “Politico” qəzeti yazıb.

Nəşr Ağ ev və Kreml sahiblərinin mümkün görüş məkanları barədə Birləşmiş Ştatların sabiq rəsmiləri və mütəxəssislərinin rəyini öyrənib. Onlar V.Putin və C.Baydenin görüşə biləcəyi yerlər arasında Çex Respublikası, İslandiya, Sloveniya və Azərbaycan paytaxtlarının adını çəkiblər.

Onlar bildiriblər ki, Azərbaycan həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələr qurub, lakin onu da əlavə ediblər ki, C.Baydenin belə bir seçimi ermənilərin mənfi reaksiyasına səbəb ola bilər.

Xatırladaq ki, Bakı artıq bir neçə dəfə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin və NATO Hərbi Komitəsinin rəhbərinin görüşlərinə ev sahibliyi edib.

///report

Xəbər xətti