Siyəzəndə qardaşlar mağazanı qarət etdi

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zarat kəndi ərazisində yerləşən mağazaların birində mağaza sahibinə qarşı soyğunçuluq edən iki qardaş - Turxay və Elşən Fərzəliyevlər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan məluam verilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan qardaşlar qabaqcadan əlbir olaraq kənd ərazisində yerləşən ərzaq malları mağazasına daxil olublar. Bu zaman T.Fərzəliyev mağaza sahibinin onlara müqavimət göstərməməsi üçün qollarını tutub, E.Fərzəliyev isə kassadan 126 manat miqdarında pulları götürüb. Daha sonra isə onlar həmin ərazidən uzaqlaşıblar.

Dindirilmə zamanı Turxay və Elşən Fərzəliyev törətdikləri hadisəni səmimi etiraf edərək, peşman olduqlarını bildiriblər.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Tarix
6 May 2021 [10:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-06 10:17:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin