"Ginnesin Rekordlar Kitabı"na düşən "çaydan"

Çində çaydan şəklində hazırlanmış "Wuxi Wanda" sərgi mərkəzi rəsmi olaraq dünyanın ən hündür gil çaydanı kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Ucnoqta.az AZƏRTAC-a istinadən bildirir ki, hündürlüyü 38,8 metr və diametri 50 metr olan bina çərçivənin lazımi əyriliyini təmin edən alüminium təbəqələrlə örtülüb. Bundan əlavə, binanın üç mərtəbəsinin hər biri öz oxu boyunca fırlanır.

"Wuxi Wanda" mərkəzinin ziyarətçiləri sərgi salonlarından başqa, su parkı və burada quraşdırılmış attraksiondan da istifadə edəcəklər.

"The Wanda Group" şirkətinin inşa etdiyi bina 6,4 milyard dollara (40 milyard yuan) başa gəlib.

Tarix
6 May 2021 [00:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-06 00:33:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin