Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının müqayisəsi üzrə müstəqil tədqiqat aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bu şirkətlərin səsli köməkçilərinin gücləri heç də eyni səviyyədə deyillər. Reytinqin qalibi isə digərlərini yüksək faiz göstəricisi ilə geridə qoyub. Tədqiqatın aparılması üçün mütəxəssislər insan nitqini imitasiya edən test məqsədli robotdan istifadə ediblər. Bu üsul ilə onlar səsli köməçilərin davranışlarını qiymətləndirmək istəyiblər.

Mütəxəssislər səsli köməkçilərə yönləndirilmiş sorğuları iki hissəyə bölüblər: Sadə və qəliz. Sorğuların əksəriyyəti elə şəkildə formalaşdırılmışdı ki, səsli köməkçilər cavab verməkdə çətinlik çəksinlər. Belə ki, tərtib olunmuş sorğuların əksəriyyəti düzgün cavaba sahib deyildi. Məsələn həmin sorğulardan biri belə idi: “Marsa ayaq basmış ilk insanın adını söyləyin”. Aparılmış testlər nəticəsində reytinqin birinci pilləsində Google Assistant qərarlaşıb. O öz rəqiblərindən fərqli olaraq sadə sorğulara 76.57% ehtimalda, qəliz sorğulara isə 70.18% ehtimalda düzgün cavab verə bilib.

 Amazon Alexa reytinqin ikinci yerini tutub. Belə ki, o, sadə sorğulara 56.28% ehtimalda, qəliz sorğulara isə 55.05% ehtimalda düzgün cavab verib. Ən zəif göstəriciləri Apple Siri sərgiləyib. O, sadə sorğulara 47.29% ehtimalda, qəliz sorğulara isə 41.32% ehtimalda düzgün cavab verə bilib. Beləliklə Google Assistant bütün testlərdə Alexa ilə Siri-ni geridə qoyub. Buna baxmayaraq bu 3 səsli köməkçi tərtibatçılar tərəfindən daha da təkmilləşdirilə bilərlər. Bununla yanaşı onlar daha dəqiq testlərə və optimizasiyaya ehtiyac duyurlar.///technote

Tarix
5 May 2021 [23:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-05 23:34:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin