Keniya Futbol Federasiyası "Zoo Keriço" komandasını Premyer Liqadan kənarlaşdırıb.
Səbəb FIFA-nın komandanı oyunların manipulyasiyasında təqsirli bilməsidir. Ali futbol qurumu hadisə ilə bağlı yerli futbol qurumunu məlumatlandırıb. Keniya Futbol Federasiyası komandanın 2021/2022 mövsümündən üçüncü liqada çıxış etməsi ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, "Zoo Keriço" Premyer Liqada 14 oyundan 8 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Komanda 15-ci yerdəki "Vestern Stima"dan 2 matç az keçirib və 4 xal geridədir.///report