Dünyada hava ilə yük daşımaları rekord həddə çatıb - IATA

Hava nəqliyyatı ilə yük daşımalarının həcmi 2021-ci ilin mart ayında 2019-cu ilin mart ayına nisbətən 4,4% artıb, bu göstərici mütləq rekord həddinə çatıb.  Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) press-relizində deyilir.

“Dünyada hava ilə yük daşımaları mart ayında müşahidələr tarixinin ən yüksək göstəricisinə çatıb. Hərçənd artım fevral ayına nisbətən mülayim şəkildə azalıb”, - məlumatda deyilir.

Fevral ayında böhrandan əvvəlki səviyyəyə (iki il əvvəl eyni ayla müqayisədə) nisbətən artım 9,2% təşkil edib. Üstəlik, 2021-ci ilin martını 2020-ci ilin martı ilə müqayisə etsək, hava nəqliyyatı ilə yük daşımalarına tələbat 22,1% artıb.

Assosiasiyanın məlumatına görə, 2019-cu ilin mart ayı ilə müqayisədə göstəricidə ən böyük artım Afrikada (23,1%), Şimali Amerikada (17,5%), Yaxın Şərqdə (9,1%) qeydə alınıb. Avropada 0,9%-lik artım müşahidə olunubsa, Asiya-Sakit okean bölgəsində 2,9%-lik azalma qeydə alınıb. Latın Amerikasında isə azalma 21,4% həcmində olub.///virtualaz.org

Tarix
5 May 2021 [00:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-05-05 00:40:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin