İranda sel nəticəsində 10 nəfər ölüb

17:43 - 4 May 2021 - DÜNYA

İranın Kirman, Yəzd və Cənubi Xorasan vilayətlərində sel və daşqınların baş verməsi nəticəsində itkin düşən 10 nəfərin cəsədi aşkarlanıb.

Bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Mehdi Vəlipur deyib. Onun sözlərinə görə, itkin düşən daha bir nəfərin axtarışı davam etdirilir.

Vəlipur deyib ki, İranın 8 vilayətində sel və daşqınların baş verməsi ilə əlaqədar məlumat daxil olub.

Vəlipur əlavə edib ki, indiyədək 546 nəfərə yardım edilib, 100 nəfərin həyatı xilas olunub. Həmçinin, 37 avtomobil sel baş verən ərazidən çıxarılıb, 48 mənzil sudan təminzlənib.

 

Xəbər xətti