Aslan Hüseynovun öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI

15:17 - 4 May 2021 - Cəmiyyət

Bu gün yol qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncədən anasının yas mərasimindən qayıdırmış.

A.Hüseynovun anası ötən həftə dünyasını dəyişib. Müğənni də dünən anasının 7 mərasimində iştirak etmək üçün Gəncə şəhərinə gedib.

Bu gün səhər saatlarında Gəncədən Bakıya qayıdan A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində yol qəzasına düşüb və nəticədə dünyasını dəyişib.

Hadisə sürücünün yuxulu olması səbəbilə baş verib. Belə ki, sükan arxasında yuxulayan Aslanın avtomobili yolun sağı ilə hərəkət edən “Kamaz”a dəyib və bundan sonra idarəetməni itirib. Qəza nəticəsində «BMW» markalı avtomobil 70-80 metr sürüşərək yolun ortasındakı metal dəmirə çırpılıb.

Xəbər xətti