Mayın 10-dan maska qadağası ləğv ediləcək - Çexiyada

08:23 - 4 May 2021 - DÜNYA

Çex Respublikasında epidemioloji vəziyyətin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq Nazirlər Kabineti maska və resperatorlarla bağlı yeni qərar qəbul edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Peter Arenberqer mətbuat konfransında bildirib. Nazir deyib ki, qərara görə, mayın 10-dan respublikada maskaların məcburi şəkildə istifadəsi ləğv edilir:

“Maskalardan yalnız insanların çox olduğu yerlərdə, eləcə də daxili otaqlarda, sosial məsafənin gözlənilməsində çətinlik yaranan məkanlarda istifadə ediləcək”.

Arenberqer əlavə edib ki, keçən ilin payız mövsümündəki rejim qüvvədə olacaq: “Ötən ilin payızında da yalnız ictimai nəqliyyatda, dayanacaqlarda və s. bu kimi yerlərdə maska taxmaq tələb olunurdu”.

Xəbər xətti