Azərbaycan XİN İsrailə başsağlığı verib

12:58 - 30 Aprel 2021 - SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı baş verən faciəvi hadisə ilə bağlı başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki. bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

"Bu xəbərlər bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik", - deyə qeyd olunub.

 

Xəbər xətti