Bakıda 41 yaşlı kişi intihara cəhd etdi

08:27 - 29 Aprel 2021 - HADİSƏ

Bakıda intihara cəhd hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Novxanı qəsəbəsində 1980-ci il təvəllüdlü Qüliyev Azər Novruz oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Yaralının dediyinə görə o, özü özünü bıçaqlayıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti