Sabirabadda FACİƏ: 22 yaşlı hamilə qadın xəstəxanada ölüb

20:14 - 21 Aprel 2021 - HADİSƏ

Sabirabadda 22 yaşlı hamilə qadın dünyasını dəyişib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, 17 həftəlik hamiləliyi olan Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1999-cu il təvəllüdlü Əzizova Arifə Arif qızının halı pisləşdiyindən Sabirabad rayon xəstəxanasına çatdırılan anda keçinib.

Ölümün səbəbini aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilib, araşdırma aparılır.

Xəbər xətti