Lukaşenkonu öldürmək istəyənlərin gizli VİDEOSU yayıldı

16:00 - 19 Aprel 2021 - HADİSƏ

Rusiya və Belarus məxfi xidmətinin Moskvada keçirdiyi əməliyyatla Belarus Prezidenti Aleksandr Lukaşenkoya sui-qəsd həyata keçirmək, dövlət çevrilişi etmək iddiaları ilə saxlanılan şəxslərin dialoq görüntüsü yayılıb.

Ucnoqta.az Teleqraf.com-a istinadən xəbər verir ki, dialoq belaruslu hüquqşünas Yuri Zyankoviç və Aleksandr Feduta arasında baş tutub.
Gizli kameralar vasitəsilə qeydə alınan görüntülərdə Belarus lideri Lukaşenkoya qarşı hərbi qiyam təşkil etməyin şərt olduğu qeyd olunub. Dialoqda Zyankoviçin bir nömrəli vəzifəsinin “Lukaşenkonu aradan qaldırmaq, iki nömrəli vəzifəsinin isə strateji obyektləri ələ keçirmək, daxili qüvvələrə maneə olmaqdır”, - ifadələri yer alıb.

Plan arasında Belarus radiostansiyasının, televiziya və çox sayda binaların nəzarətə alınması haqda fikirlərə də rast gəlinir.
Aleksandr Lukaşenko bu planın ABŞ-da hazırlandığını iddia edib. ABŞ tərəfi isə iddiaları təkzib edib.

Xəbər xətti