Cəlilabadda yük maşını 11 yaşlı uşağı vurub

13:20 - 19 Aprel 2021 - HADİSƏ

Cəlilabadda yük maşını 11 yaşlı uşağı vurub.

APA-nın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Yaralı uşaq ağır bədən xəsarətləri ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Hazırda hadisəni törədənin və yaralının kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti