Gəncə şəhərinin tanınmış müəllimlərindən olan Raida Tağıyeva koronavirus infeksiyasından dünyasını dəyişib.
Pedaqoq müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, R.Tağıyeva uzun müddət İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə müəllimə, eyni zamanda direktor müavini olub.